Bu gün “Qarabağ”ın 10-cu dəfə Azərbaycan çempionu olması münasibəti ilə tədbir keçirilib.
Qol.az-ın xəbərinə görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, “Qarabağ” klubunun prezidenti Tahir Gözəl, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, baş məşqçi Qurban Qurbanov, futbolçu və texniki heyət iştirak edib.
Tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilib.
“Qarabağ”ln prezidenti Tahir Gözəl çıxış edərək deyib: “Artıq formamızın üzərindəki loqomuz dəyişəcək. “Qarabağ” Azərbaycanın 2 ulduzu, 10 çempionluğu olan ilk klubudur. “Qarabağ” üzvü olmaq bizim üçün şərəfdir. Bu, Qarabağın azadlığından sonra komandamızın ikinci çempionluğudur”.
O, baş məşqçi Qurban Qurbanov və futbolçuları uğurlarına görə təbrik edib.
T.Gözəl çıxışını “mən sizdən Avropada dastan yazmağı, alqışlara layiq oyun gözləyirəm” sözləri ilə başa vurub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, “Qarabağ”ın çempionluğu önəmli hadisədir. İcra başçısı komandaya bu uğurlara görə təbriblərini çatdırıb və İcra Hakimiyyəti adından klub rəhbəri Tahir Gözələ plaket təqdim edib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək komandanı təbrik edib. O, Ağdam təmsilçisinin Avropa kuboklarındakı çıxışına da toxunub. “Düzü, artıq “Qarabağ”ın Avropada qrupa düşməsinin sayını itirmişəm” deyə o bildirib. F.Qayıbov Ağdam təmsilçisinin Avropada uğurla çıxış etdiyini söyləyib. Nazir hazırda azad olunan ərazilərdən bərpa işlərinin getdiyini bildirib. O, yaxın gələcəkdə “Qarabağ”ın ev oyunlarını doğma Ağdamda keçirəcəyinə inandığı söyləyib.
Baş məşqçi Qurban Qurbanov bildirib ki, hər çempionluq komandanın məsuliyyətini artırır. “Futbolçularım bir daha başa düşdülər ki, hansı komandanı təmsil edir. Get-gedə bizdən gözləntilər daha da artır. Bu klubda başda rəhhərlik olmaqla bacarıqlı insanlar var. Mən ötən il də demişdim ki, bizim futbolçular mənim döyüşçülərimdir. Avropada heç bir rəqibdən çəkinmirik”.
Q.Qurbanov çıxışında Avropada Azərbaycanı təmsil edəcək “Sabah”, “Neftçi” və adı hələ dəqiqləşməyən dördüncü komandaya uğurlar arzulayıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu