AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 35-ci turundakı matçlarda edilən qayda pozuntuları barədə qərarlar qəbul olunub.
Misli Premyer Liqasının 35-ci turunun “Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə meydan sahibi klub 800 manat cərimə edilib.
Misli Premyer Liqasının 35-ci turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra qonaq komandanın meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilib.
“Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra tribunanın qonaq komandaya aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ” 1600 manat cərimə edilib.
"Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyunluq cəzalandırılıb, “Qarabağ” 2400 manat cərimə edilib.
“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb, “Sumqayıt” klubu 2400 manat cərimə edilb.
Misli Premyer Liqasının XXXV turunun “Turan Tovuz” – “Səbail” oyununda “Səbail” klubunun futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalandırılıb, klub 1600 manat cərimə edilib.
"Qarabağ"da şok itki
"İmişli"də ayrılıq
PFL Zubirə təşəkkür etdi
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!