Mourinyo qərarını finaldan sonra verəcək

Mourinyo qərarını finaldan sonra verəcək
XƏBƏR 25 May 2023 / 11:27 1482
-  A +

"Roma"nın baş məşqçisi Joze Mourinyo hələlik gələcəyi ilə bağlı qərar verməyib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis Avropa Liqasının finalından sonra klubdakı gələcəyi ilə bağlı qərar verəcək. Onun müqaviləsi 2024-cü ilə qədərdir.

Daha əvvəl PSJ-nin portuqaliyalı mütəxəssisin xidmətində maraqlı olduğu bildirilirdi.

Qeyd edək ki, Avropa Liqasının finalı çərçivəsində “Sevilya” – “Roma” oyunu mayın 31-də Budapeştdə keçiriləcək.


Son xəbərlər
topaz banner