İnyesta “Vissel Kobe”dən ayrıldı

İnyesta “Vissel Kobe”dən ayrıldı
XƏBƏR 25 May 2023 / 10:36 1991
-  A +

İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta “Vissel Kobe”dən (Yaponiya) ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı vasitəsilə məlumat yayıb. İyulun 1-də, Yaponiya çempionatının 19-cu turunda “Hokkaydo” ilə görüş 39 yaşlı yarımmüdafiəçi üçün vida oyunu olacaq.

Qeyd edək ki, İnyesta “Barselona”nın yetirməsidir. O, 2018-ci ildən bəri “Vissel Kobe”də oynayırdı. Bu müddət ərzində İnyesta, Yaponiya təmsilçisində 133 oyun keçirib, 26 qol vurub və 25 qolun ötürməsini verib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner