Superliqa klubu müvəqqəti baş məşqçisini açıqladı

Superliqa klubu müvəqqəti baş məşqçisini açıqladı
XƏBƏR 24 May 2023 / 20:27 1669
-  A +

“Fatih Karagümrük” Andrea Pirlonu istefaya gödərdikdən sonra komandaya müvəqqəti baş məşqçisi təyin edib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mövsümün qalan hissəsində Superliqa təmsilçisini Alparslan Erdem çalışdıracaq.

O, indiyədək klubda məşqçi kimi fəaliyyət göstərirdi.

Xatırladaq ki, İstanbul təmsilçisi bu mövsüm topladığı 44 xalla Superliqada 9-cu pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner