Mbappe PSJ-də qalsa...

Mbappe PSJ-də qalsa...
XƏBƏR 24 May 2023 / 19:49 2795
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe klubdan ayrılmasa, böyük məbləğdə bonus alacaq.

Qol.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Hücumçu bu yay Paris təmsilçisində qalsa, 90 milyon avro bonus alacaq.

Kilianın PSJ-dən narazı olduğu qeyd edilir. Keçən yay klubun transfer bazarındakı işi onu qane etməyib. Bu, təkcə komandaya gələn oyunçularla bağlı deyil, klubu tərk edənlərə də aiddir. Üstəlik, Mbappeni PSJ-nin mövsüm başlamazdan əvvəl ona lazım olan bonusu ödəməməsi də əsəbiləşdirib.

Fransalı futbolçu bu mövsüm PSJ-nin heyətində 41 oyunda 40 qol vurub. 


Son xəbərlər
topaz banner