"Sauthempton" Ruben Selleslə yolları ayırdı

"Sauthempton" Ruben Selleslə yolları ayırdı
XƏBƏR 24 May 2023 / 17:58 1080
-  A +

"Sauthempton" baş məşqçisi Ruben Selleslə yollarını ayıracağını açıqlayıb. 

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 40 yaşlı mütəxəsisin müqaviləsi yenilənməyəcək. 

"Sauthempton" 37 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 24 xalla sonuncu - 20-cidir. Komandanın artıq ölkənin əsas çempionatını tərk edəcəyi dəqiqləşib. "Suathempton" növbəti mövsüm Çempionşipdə oynayacaq.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi kimi işləyib.


Son xəbərlər
topaz banner