Kunde getməyə hazırdır

Kunde getməyə hazırdır
XƏBƏR 23 May 2023 / 14:59 2392
-  A +

"Barselona"nın futbolçusu Jül Kunde klubdan ayrılmaq niyyətindədir.

Qol.az xəbər verir ki, bu haqda "Relevo" məlumat yayıb. Müdafiəçi Kataloniya klubunu tərk etməyə hazırdır. O, artıq bu barədə "Barselona"ya məlumat verib. Jül təklifləri dinləməyə hazır olduğunu bildirib.

Kunde müdafiəçi mövqeyində özünü rahat hiss etmir. Ötən gün fransalı futbolçu baş məşqçi Xavi ilə danışıb.

Qeyd edək ki, Kunde bu mövsüm La Liqada 27 oyuna çıxıb. 


Son xəbərlər
topaz banner