Mükafatlandırma bu arenada olacaq - PFL açıqladı

Mükafatlandırma bu arenada olacaq - PFL açıqladı
XƏBƏR 23 May 2023 / 12:08 3075
-  A +

Misli Premyer Liqasının 2022/23-cü illər mövsümünün çempionu “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibləri “Sabah”la “Neftçi” medallarını son turun oyunundan sonra “Azersun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaqlar.

Qol.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Qeyd edək ki, Premyer Liqamızda 36-cı turun son oyunu "Qarabağ" - "Turan Tovuz" görüşünə təsadüf edəcək. Mayın 28-i "Azərsun Arena"da keçiriləcək oyun saat 19:30-da başlayacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
topaz banner