"Qarabağ"ın 36 oyunluq seriyası qırıldı

"Qarabağ"ın 36 oyunluq seriyası qırıldı
XƏBƏR 23 May 2023 / 11:49 2247
-  A +

“Qarabağ”ın Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk ev məğlubiyyətini alıb. 

Qol.az xəbər verir ki, 35-ci turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası öz meydanındakı 17-ci matçda xalsız qalıb. Əvvəlki 16 görüşdə ağdamlılar 12 qələbə qazanıb və 4 heç-heçə edib.

2021/22 mövsümünün 14 ev qarşılaşmasında da uduzmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il fevralın 13-də ev məğlubiyyəti alıb. Həmin gün “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisi ardıcıl 36 ev qarşılaşmasından xalla ayrılmağı bacarıb.

Öz meydanında 828 gündən sonra məğlub olan Ağdam klubu bu müddətdə 29 qələbə qazanıb, 7 heç-heçə edib. Evdəki 36 oyunluq məğlubiyyətsizlik seriyası “Qarabağ”ın tarixində rekorddur.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakılılar ardıcıl 57 ev matçında uduzmayıb (pfl.az).

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
topaz banner