De Xea "Qızıl əlcəy"i qazandı

De Xea "Qızıl əlcəy"i qazandı
XƏBƏR 21 May 2023 / 13:29 2215
-  A +

"Mançester Yunayted"in futbolçus David De Xea 2022/23 mövsümündə Premyer Liqada "Qızıl əlcək" mükafatının qalibi olub.

Qol.az xəbər verir ki, 37-ci turda "Mançester Yunayted" "Bornmut"u 1:0 hesabı ilə məğlub edib. Nəticədə de Xea Premyer Liqanın cari mövsümündə 17-ci matçında qol buraxmayıb. O, sona 1 tur qalmış bu göstəricidə liqanın vahid lideri olub.

Mükafata iddialı olan Alisson Bekker ("Liverpul"), Nik Pope ("Nyukasl") və Aaron Ramsdeyl ("Arsenal") artıq "Mançester Yunayted"in qapıçısına yetişə bilməyəcəklər.

De Xea 2017/18 mövsümündə "Qızıl əlcəy"i qazanmışdı. O, həmin vaxt 18 görüşdə qol buraxmamışdı. 


Son xəbərlər
topaz banner