Arteta ilk yay transferini etdi - 4 pəncəsi var

Arteta ilk yay transferini etdi - 4 pəncəsi var
XƏBƏR 20 May 2023 / 12:08 3963
-  A +

"Arsenal"ın məşq mərkəzində "Labrador" cinsli bir it görünüb.

Qol.az xəbər verir ki, bunun baş məşqçi Mikel Artetanın yeni ideyası olduğu üzə çıxıb.

Mütəxəssis düşünür ki, it oxşamaq stressi azaldır, ümumi əhval-ruhiyyəni yaxşılaşdırır. Buna görə də o, klubun bazasına belə bir heyvan gətirib.

Həmçinin Arteta inanır ki, Vin (Win - qələbə - red.) adlı it onlara Premyer Liqa çempionluğunu qazanmağa kömək edəcək.

Qeyd edək ki, "Arsenal" hazırda turnir cədvəlində 81 xalla (36 oyun) 2-cidir. "Topçular" sona 2 tur qalmış "Mançester Siti"dən (35 oyun) 4 xal geridədir.


Son xəbərlər
topaz banner