Xviça zədəlidir

Xviça zədəlidir
XƏBƏR 20 May 2023 / 10:59 1310
-  A +

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya zədələnib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi məşq zamanı sıradan çıxıb. O, komanda ilə yox, fərdi məşqlər edir. 

Gürcüstanlı oyunçunun sabah A seriyasında "İnter"lə oyunda iştirakı şübhə altındadır.

Qeyd dək ki, Kvaratsxeliya bütün yarışlarda son 11 oyunda qol vurmayıb. O, ötən ili yayından "Napoli"də çıxış edir. 

Xatırladaq ki, "Napoli" artıq A seriyasında çempionluğu rəsmiləşdirib.


Son xəbərlər
topaz banner