Modriç: "Siti"yə məğlubiyyəti drama çevirmək lazım deyil"

Modriç: "Siti"yə məğlubiyyəti drama çevirmək lazım deyil"
XƏBƏR 18 May 2023 / 16:55 2190
-  A +

"Real"ın futbolçusu Luka Modriç Çempionlar Liqasının yarımfinalının cavab oyununda "Mançester Siti"yə uduzmaqları (0:4, ilk oyun - 1:1) barədə danışıb.

Qol.az xəbər verir ki, o, məğlubiyyətə baxmayaraq, baş məşqçi Karlo Ançelottinin komandada qalmağa layiq olduğunu deyib: 

"Ançelotti "Real"da işləməyə layiqdir. Buna heç bir şübhəm yoxdur. Təbii ki, biz bu cür uduzmaq istəmirdik. Hadisələrin bu cür inkişafını proqnozlaşdırmaq çətin idi. Bu futboldur. Amma düşünürəm ki, İspaniya kubokunda və Çempionlar Liqasında çox yaxşı çıxış etdik.

Ona görə də Ançelottinin klubda qalacağına şübhəm yoxdur. O, təcrübəsi ilə komandaya bəxş etdiyi uğurlara görə bu işə layiqdir. Bu məğlubiyyəti drama çevirməyə ehtiyac yoxdur”.


Son xəbərlər
topaz banner