"Everton" bu qiymətə satılır

"Everton" bu qiymətə satılır
XƏBƏR 18 May 2023 / 12:15 2638
-  A +

"Everton"un İran əsilli britaniyalı sahibi Fərhad Moşiri klubu satmağa yaxındır.

Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. "Everton"un gələn həftənin əvvəlində ABŞ investisiya fondu "777 Partners" tərəfindən alınacağı gözlənilir. Onlar klub üçün 600 milyon funt-sterlinq ödəyəcəklər. 

Müqavilənin şərtlərindən biri də yeni sahibinin yeni stadionun tikintisinə 505 milyon sərmayə qoymaq öhdəliyidir.

Fərhad Moşiri 2016-cı ildən "Everton"da 94 faiz pay sahibidir. 

Qeyd edək ki, "mersisaydlılar" 36 turdan sonra Premyer Liqanın turnir cədvəlində 17-cidirlər.


Son xəbərlər
topaz banner