"Arsenal"ın futbolçusu üçün mövsüm başa çatdı

"Arsenal"ın futbolçusu üçün mövsüm başa çatdı
XƏBƏR 17 May 2023 / 19:33 1336
-  A +

"Arsenal"ın futbolçusu Qabriel Martinelli mövsümün qalan hissəsini buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. 21 yaşlı hücumçu Premyer Liqanın 36-cı turunun “Brayton”la oyununda (0:3) topuq oynağının bağlarını zədələyib.

Braziliyalı bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, Martinelli üçün mövsüm başa çatıb.  O, "Nottingem Forest" və "Vulverhempton"la matçları buraxacaq.

Qeyd edək ki, cari mövsümdə Martinelli bütün yarışlarda 46 oyun keçirib, 15 qol və 6 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner