"Mançester Yunayted"in transfer büdcəsi məlum oldu

"Mançester Yunayted"in transfer büdcəsi məlum oldu
XƏBƏR 17 May 2023 / 17:53 2305
-  A +

“Mançester Yunayted”in yay transfer pəncərəsi üçün büdcəsi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. "Qırmızı şeytanlar" 2 və ya 3 oyunçu almağı hədəfləyiblər. 

Baş məşqçi Erik ten Haq əsasən yarımmüdafiə xəttinin gücləndirilməsinə ehtiyac duyur. Klub isə transferlər üçün 100-150 milyon funt-sterlinq ayıracaq.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 66 xalla 4-cüdür.


Son xəbərlər
topaz banner