Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisinin mətbuat konfransı keçirilib.
Qol.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası (AVF) bu gün keçirdiyi mətbuat konfransında qadınlardan ibarət millimizin yeni təyin olunmuş baş məşqçi türkiyəli Ataman Güneyligili ictimaiyyətə təqdim edilib.
Voleybol Mərkəzində təşkil olunan mətbuat konfransında AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, baş məşqçi Ataman Güneyligil, fiziki hazırlıq üzrə məşqçi Gençer Yarkin, İdarə heyetinin üzvləri, federasiyasının digər nümayəndələri və jurnalistlər iştirak ediblər.
Federasiya prezidenti Şahin Bağırov çıxış edərək milli komandamızın bu il avqustda baş tutacaq Avropa çempionatına hazırlıq prosesi çərçivəsində nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Voleybolun ölkədə populyarlaşdırılması və kütləviliyinin artırılması istiqamətində görüləcək tədbirlərdən ətraflı danışan AVF rəhbəri Ataman Güneyligilə və voleybolçularımıza Avropa çempionatında uğurlar arzulayıb.
Sonra qadınlardan ibarət yığmamızın yeni baş məşqçisi Ataman Güneyligil çıxış edib. AVF rəhbərliyinə və media nümayəndələrinə təşəkkürünü bildirən 41 yaşlı mütəxəssis millimizin qitə birinciliyinə hazırlıq prosesindən danışıb, yaxın günlərdə əsas heyətin müəyyənləşdiriləcəyini deyib.
AVF-nin vitse- prezidenti Faiq Qarayev çıxış edərək Ataman Güneyligilin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirib, ona qarşıdakı yarışda uğurlar arzulayıb.
Daha sonra Ataman Güneyligil və Gençer Yarkinə millimizin forması təqdim olunub.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video