"Kardiff Siti" Emiliano Salanın ölümünə görə "Nant"dan 100 milyon avrodan çox təzminat istəyir.
Qol.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.
Sala 2019-cu il yanvarın 19-da 15 milyon funta "Nant"dan "Kardiff Siti"yə keçmişdi. O, tibbi müayinədən keçdikdən sonra saiq komanda yoldaşları ilə vidalaşmaq və şəxsi əşyalarını toplamaq üçün Fransanın Nant şəhərinə qayıdıb. Emiliano yanvarın 21-də "Kardiff Siti"yə dönmək istəyirdi. Salanın Nantdan Kardiffə uçduğu şəxsi "Piper PA-46 Malibu" təyyarəsi qəzaya uğrayıb. Oyunçu və pilot dünyasını dəyişib.
Çempionşipdə çıxış edən "Kardiff Siti" isə bu ilin mayın 12-də "Nant"ın Kommersiya Məhkəməsinə müraciət edib. Uels təmsilçisi 26 yaşlı hücumçunun qəza nəticəsində ölümündən sonra dəymiş ziyana görə Nant"dan 110 milyon avro tələb edir. Tələb klubun Premyer Liqadan aşağı düşməsini, həmçinin Salanın Premyer Liqada bahalaşa biləcəyini göstərir.
2022-ci ilin avqustunda İdman Arbitraj Məhkəməsi (CAS) "Kardiff Siti"yə oyunçunun transferi üçün "Nant"a 6 milyon avro (5,3 milyon funt sterlinq) ödəməyi əmr etmişdi. "Kardiff Siti"nin İsveçrə məhkəmələrindəki apellyasiya şikayətləri rədd edilib və indi klub Fransada işlərə başlayıb. “Nant” isə bu məsələdə sakitdir və hesab edir ki, “Kardiff Siti” məhkəmənin təyin etdiyi məbləği tam ödəməmək üçün sadəcə olaraq vaxtı uzadır.
Mirça Luçesku vəfat etdi
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı