Mustafayevdən Ukraynada iki qol ötürməsi

Mustafayevdən Ukraynada iki qol ötürməsi
XƏBƏR 16 May 2023 / 01:06 2416
-  A +

Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin çıxış etdiyi  “Aleksandriya” “Kolos”un qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu hər iki qolun (4, 11-ci dəqiqələrdə) məhsuldar ötürməsinin müəllifi U-21 millimizin sabiq üzvü olub.
 
Qeyd edək ki, “Aleksandriya” hazırda 42 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner