"Tottenhem"in futbolçusu Uqo Lloris yayda klubu tərk edəcək.
Qol.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb. Llorisin "Tottenhem"lə müqaviləsi 2024-cü ilə qədərdir. Lakin klub qapıçıya karyerasını davam etdirmək üçün mümkün variantları nəzərdən keçirməyə icazə verəcək. Futbolçu karyerasını bitirmək niyyətində deyil. Lakin psixoloji gərginlik yaşayır.
Daha əvvəl 36 yaşlı qolkiperin Səudiyyə Ərəbistanının bir klubundan maaşını 3 dəfə artırmaqla təklif aldığı bildirilirdi. "Tottenhem"də o, həftədə təxminən 100 min funt sterlinq qazanır.
Qeyd edək ki, 2012-ci ildən London təmsilçisində oynayan fransalı qolkiper mayın əvvəlində zədə səbəbindən mövsümü erkən başa vurub.
Mirça Luçesku vəfat etdi
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı