Pioli və Maldini qovula bilər

Pioli və Maldini qovula bilər
XƏBƏR 15 May 2023 / 13:58 2113
-  A +

"Milan" növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanmasa, klubda kadr dəyişiklikləri ola bilər.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Qarşıdakı 4 və ya 5 matç baş məşqçi Stefano Pioli və texniki direktoru Paolo Maldininin gələcəyi üçün həlledici ola bilər. Əgər klub mövsümün sonunda A seriyasında ilk 4-lüyə düşə bilməsə, onlar qovula bilərlər.

2022-ci ilin iyun ayının sonunda Maldini və Pioli ilə müqavilələr uzadılmış və komandanın yenidən qurulması onlara həvalə edilmişdi. Lakin “Milan”ın sahibi olan “RedBird” investisiya şirkəti ötən yay komandaya qoşulan futbolçuların heç birinin uğur qazanmamasından məyus olub.

"Milan" hazırda A seriyasında 61 xalla 5-cidir. Komanda 4-cü yerdəki "Latsio"dan 4 xal geri qalır.


Son xəbərlər
topaz banner