10 qolun vurulduğu oyunda Rüfət də fərqləndi

10 qolun vurulduğu oyunda Rüfət də fərqləndi
XƏBƏR 14 May 2023 / 16:51 3443
-  A +

Almaniyanın Qərb Regional Liqasında 34-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke -2” klubunun ikinci komandası öz meydanında Münhenqladbax “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb.

Oyun 5:5 heaabı ilə başa çatıb.

Rüfət start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ikinci qolunu da 23-cü dəqiqədə penaltidən dəqiq yararlanan Dadaşov vurub.

Qeyd edək ki, “Şalke”nin ikinci komandası hazırda 49 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner