Bakıda “Beşiktaş”ın futbolçusu oyundan sonra xəstəxanaya aparıldı

Bakıda “Beşiktaş”ın futbolçusu oyundan sonra xəstəxanaya aparıldı
XƏBƏR 14 May 2023 / 02:54 4456
-  A +

“Sabah” - “Beşiktaş” xeyriyyə oyunundan (3:3) sonra qonaq komandanın futbolçusu Onur Bulutun səhhətində narahatlıq yaranıb.

Qol.az xəbər verir ki, bu barədə Türkiyənin “NTV Spor” saytı məlumat yayıb. Onun təzyiqindəki problemlər səbəbindən Bakıdakı klinikalardan birinə aparıldığı bildirilib.

O.Bulut bu səbəbdən Bakıda qalıb. 29 yaşlı futbolçunun qarşıdakı saatlarda komandadan ayrı İstanbula dönəcəyi bildirilib.


Son xəbərlər
topaz banner