“Qalatasaray” “Qarabağ”ı təbrik etdi - Şəkil

“Qalatasaray” “Qarabağ”ı təbrik etdi - Şəkil
XƏBƏR 14 May 2023 / 01:38 5385
-  A +

"Qalatasaray" "Qarabağ"ı bu mövsüm Azərbaycan çempionu olması münasibəti ilə təbrik edib.

Qol.az xəbər verir ki, bu haqda klubun rəsmi Tvitter hesabında paylaşım edilib. Paylaşımda yazılıb: "Azərbaycan Premyer Liqasında çempionluq qazanan qardaş klubumuz "Qarabağ"ı təbrik edirik".

Qeyd edək ki, ötən gün "Qarabağ" Misli Premyer Liqasının 34-cü turunda "Səbail"ə qalib gəlməklə (3:0) sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, Ağdam təmsilçisinin tarixində 10-cu çempionluqdur. Klub belə nəticə ilə Azərbaycan rekordu qırıb.

Xatırladaq ki, mart ayında "Qalatasaray" və "Qarabağ" arasında Bakıda xeyriyyə oyunu (2:1) keçirilmişdi. 


Son xəbərlər
topaz banner