"Çox yaxşı oyun oldu. Bakıya böyük klub gəlmişdi. Hər iki komanda cəsur, açıq futbol oynadı. Azarkeşlər də oyundan həzz aldı. Ən önəmlisi odur ki, "Sabah" və bura gələnlər Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə dəstək oldu".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Bakıda "Beşiktaş"la keçirdikləri yoldaşlıq oyunundan (3:3) sonra deyib.
O, "Beşiktaş"la oyunun Konfrans Liqası öncəsi yaxşı təcrübə olduğunu deyib: "Belə hesab etmək olar. 30 min azarkeşin qarşısında oynadıq. Əsas odur ki, futbolçularım Vensan Abubakar və Cenk Tosundan qorxmadı. Qalib də gələ bilərdik. Cəsur oyunumuz xoşuma gəldi".
Mütəxəssis "Qarabağ"ın bu gün çempionluğu rəsmiləşdirəcəyi təqdirdə məyus olmayacaqlarını deyib: "Bu, baş versə, "Qarabağ" və Qurban Qurbanovu təbrik edəcəm. Onlar buna layiq idilər. Heç nə əhval-ruhiyyəmi korlamaycaq".
Musayevin "Penaltidən istifadə etsəydiniz, oyun başqa cür gedəcəkdi" sualına cavabı belə olub: "Məncə, o qədər də dəyişməzdi. Avropada da belə oynamaq istəyirik. "Beşiktaş" cinahları dəyişirdi, qısa ötürmələrlə çıxırdı. Amma qarşısını alırdıq".
Mütəxəssis daha böyük uğurlar üçün qurduqları planlardan danışıb: "Çempionatı başa vurandan sonra transferlər haqda düşünəcəyik. Komanda komplektləşəndən sonra nəsə demək olar. Yeni qan lazımdır. Futbolçular Azərbaycana gəlməyi çox da fikirləşmirlər".
"Bu oyundan sonra Aleksey Kaşukun transfer dəyərinin artacağını gözləmək olarmı" sualına bu cavabı verib: "Biz onu saxlamaq istəyirik. Amma hər şey bizdən asılı deyil. O, Avropa çempionatına yollanacaq. Necə olacağını görəcəyik".
Bu gün "Qarabağ" "Səbail"ə qalib gələrsə, çempionluğu rəsmiləşdirəcək. Musayev bu haqda da danışıb. O deyib: "Peşəkar olmaq lazımdır. Birinci yerə çata bilmiriksə, qarşıdakı oyunları daha yaxşı oynamalıyıq. Bu emosiyaları, hissləri sevirik. Uşaqlar barədə nəsə söz verə bilmirəm. İnanıram ki, az oynayanlara şans verəcəyik ki, oynasınlar".
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər