Xavi: "Tariximizin ən yaxşı yarımmüdafiəçisini itiririk"

Xavi: "Tariximizin ən yaxşı yarımmüdafiəçisini itiririk"
XƏBƏR 13 May 2023 / 15:49 4153
-  A +

"Barselona"nın baş məşqçisi Xavi futbolçusu Serxio Busketsin yayda komandadan ayrılmaq qərarına gəlməsi haqqında danışıb. 

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis deyib:

“Buskets gördüyüm və ya birlikdə oynadığım ən ağıllı oyunçudur. O, dahidir. Tariximizin ən yaxşı mərkəz yarımmüdafiəçisini itiririk".

Xatırladaq ki, Buskets mövsümün sonunda Kataloniya klubundan ayrılacaq. O, 2008-ci ildən bu komandanın formasını geyinir. Xavi 1998-2015-ci illərdə "Barselona"da oynadığı üçün uzun müddət Busqetslə komanda yoldaşı olub. Mütəxəssis 2021-ci ildən "Barselona"nı çalışdırır.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner