Varan bu gün oynayacaq?

Varan bu gün oynayacaq?
XƏBƏR 13 May 2023 / 13:45 1057
-  A +

"Mançester Yunayted"in futbolçusu Rafael Varan zədəsini sağaldıb.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, o, Premyer Liqanın 35-ci turunda bu gün "Vulverhempton"a qarşı oynaya biləcək. Bu haqda komandanın baş məşqçisi Erik ten Haq danışıb. O deyib: 

“Reşfordun iştirakı şübhəlidir. Ayağında problem var, zədəsi var. Ona görə də meydana daxil olub-olmayacağı böyük sualdır. 

Varan komandaya qayıtdı. Bundan məmnunuq. Onun təcrübəsi, qalib gəlmək bacarığı var və o, bizə yol göstərəcək”.

Qeyd edək ki, müdafiəçi aprelin 13-də Avropa Liqasının 1/4 final mərhələsinin “Sevilya” ilə ilk oyununda (2:2) aldığı zədə səbəbindən 7 oyunu buraxıb.


Son xəbərlər
topaz banner