"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 34-cü turunda"Zirə" ilə heç-heçə etdikləri oyun (1:1) barədə danışıb.
Qol.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında vacib xal qazandıqlarını deyib:
"Hamımız üçün maraqlı, sürətli oyun oldu. Biz həm də rəqib tərəfdən əks-hücumlar izlədik. Qalib də gəlmək olardı. Məğlub olmaq da mümkün idi. Son oyunlara baxanda komanda bu gün daha istəkli idi. Daha hərəkətli idi. Topa daha çox nəzarət etməyə çalışırdı. Bu bir xal bizim üçün səfərdə çox vacib xal idi. Zirədə oynamaq bizə görə həddindən artıq çətin idi. Rəqib dördüncü yer uğrunda mübarizə aparır. Futbolçularıma mübarizəyə görə minnətdaram. İkinci hissədə rəqibin təzyiqi var idi. Bu da təbiidir. Çünki evdə oynayırdı. Final fitinə qədər nizam-intizamlı oynayaraq bir xalımızı qazandıq. Fanatlarımız üçün də hər halda zövqverici oyun oldu. Uzun məsafə qət edib gəlirlər. Onları sevindirdiksə, bu, bizi xoşbəxt edir".
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər