"ASAN xidmət" əməkdaşları arasında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cu ildönümü ilə əlaqədar minifutbol turniri keçirilib.
Qurumun mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı, AFFA-nın Hakimlər Komitəsinin tərəfdaşlığı ilə gerçəkləşib.
Final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.
Turnirin qalibi Dövlət Agentliyinin Quba regional "ASAN xidmət" mərkəzinin komandası olub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Dövlət Agentliyinin Aparatının və 3 saylı "ASAN kommunal" mərkəzinin komandaları tutub.
Ümumilikdə 5 aprel tarixindən start verilən turnirdə 29 komanda iştirak edib.

Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər