"Yuventus" bugünkü oyuna itki ilə çıxacaq

"Yuventus" bugünkü oyuna itki ilə çıxacaq
XƏBƏR 11 May 2023 / 16:46 1496
-  A +

"Yuventus" Avropa Liqasının yarımfinal mərhələsində "Sevilya" ilə ilk oyuna itki ilə çıxacaq.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri bildirib. O, futbolçusu Qleyson Bremerin zədələndiyini deyib:

"Bremer ayaq burxulması səbəbindən oynamayacaq. Digər futbolçular yaxşıdır. Son məşqlərdə çox əyləndik. Bu matça həyəcan hissi və əsl istəklə yanaşırıq".

Qeyd edək ki, bu gün keçiriləcək "Yuventus" - "Sevilya" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner