Millimizin sabiq üzvü Almaniya klubundan ayrılacağını açıqladı

Millimizin sabiq üzvü Almaniya klubundan ayrılacağını açıqladı
XƏBƏR 11 May 2023 / 10:57 1919
-  A +

Azərbaycan millisinin sabiq üzvü Dmitri Nazarov bu mövsümün sonu Almaniya 3-cü Bundesliqa təmsilçisi "Erzgebirge"ni tərk edəcək.

Qol.az "TAG24"ə istinadən xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi özü bildirib. O, Aue təmsilçisi ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməyəcəyini vurğulayıb.

Qeyd edək ki, D.Nazarov 2016-cı ildən "Erzgebirbe"də oynayırdı. O, indiyə kimi 2017 matçda 48 qol vurub, 21 qolun ötürməsini verib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner