"Milan" Leau ilə müqaviləni uzatdı

"Milan" Leau ilə müqaviləni uzatdı
XƏBƏR 10 May 2023 / 18:59 1315
-  A +

"Milan" futbolçusu Rafael Leau ilə müqaviləsini uzadıb.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 23 yaşlı hücumçu ilə 2028-ci ilin yayına qədər yeni sözləşmə imzalanıb. Futbolçunun maaşı mövsümdə 7 milyon avro olacaq. O, daha 2 milyonu isə bonus şəklində alacaq.

Qeyd edək ki, Leau bu mövsüm A seriyasında 32 oyuna çıxıb, 12 qol vurub və 7 qolun ötürməsini verib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner