Meksika yığmasının sabiq qapıçısı Antonio Karbaxal 93 yaşında dünyasını dəyişib.
Qol.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb. Dünyanın ali futbol qurumunun prezidenti Canni İnfantino məşhur qolkiperin vəfatı oilə əlaqədar bildirib:
“Beş dünya çempionatında oynayan ilk futbolçu olan Antonio Karbaxalın vəfat etməsini böyük kədərlə öyrəndik. Mən onun ailəsinə və yas tutan bütün meksikalı azarkeşlərə dərin hüznlə başsağlığı verirəm”.
Antonio Karbaxal 1950-ci ildən 1966-cı ilə qədər bir dəfə də olsun dünya çempionatını qaçırmayıb. Bu günə qədər yalnız 6 oyunçu 5 dünya çempionatında çıxış edib. FİFA daha sonra Karbaxalı futbola xidmətlərinə görə qızıl medalla təltif edib. Klub səviyyəsində Antonio bütün karyerası boyunca Meksika çempionatında oynayıb.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər