Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) idmançılara mükafatandırmaya öz ölkələrinin bayraqları ilə gəlməsinə qadağa qoyub.
Qol.az xəbər verir ki, bu haqda IWF prezidenti Məhəmməd Calud "Inside the Games" portalına bildirib. Qurum Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycanın bayrağının yandırılmasından sonra belə qərar verib. Bundan başqa, 2022-ci ildə Albaniyada təşkil olunan yeniyetmələrin Avropa çempionatının mükafatlandırma məraasimi zamanı Ermənistan idmançısı tərəfindən Türkiyə bayrağına qarşı təxribat törədilib. Qərar verilərkən bu iki fakt əsas götürülüb.
Qərara əsasən, bundan sonra ağır atletika üzrə dünya və Avropa çempionatı zamanı medal qazanan idmançıların öz ölkələrinin bayraqları ilə mükafatlandırmaya gəlməsinə icazə verilməyəcək. Dövlət himni səsləndirilərkən bayraqlar yalnız zalda quraşdırılan monitorda nümayiş etdiriləcək.
IWF prezidenti məsələ ilə əlaqədar bildirib: "Biz idmanı, dünyanı təmsil edirik, kimin daha güclü olması ilə bağlı mübahisələri deyil. Biz İrəvanda baş verənləri, eləcə də keçən il kiçik podiumda idmançıların bir-birini itələdiyi insidenti nəzərə alırıq. Bunlar idman deyil".
Xatırladaq ki, ötən ay İrəvanda keçirilən Avropa çempionatının açılışı zamanı Azərbaycan dövlət bayrağı yarışa akkreditasiya olunan bir erməni millətçisi tərəfindən yandırılıb. Buna etiraz olaraq, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə qərarı ilə Azərbaycan millisi Avropa çempionatını tərk edib.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu