"Yuventus" maliyyə saxtakarlığına görə 9 xaldan məhrum ola bilər.
Qol.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb. “Yuventus”un apellyasiya şikayətini təmin edən İtaliya Milli Olimpiya Komitəsinin zəmanət şurası onun motivlərini izah edən sənədləri dərc edib. Buradan belə çıxır ki, federasiya yeni sübutların əldə edilməsi nəticəsində işi yenidən açmaq hüququna malikdir. Həmçinin qeyd edilir ki, ilkin ittiham əsaslı olaraq qalır və mübahisələndirilmir.
Ehtimal olunur ki, “Yuventus” yenə də cəzalandırılacaq, lakin komandanın aktivindən prokurorun əvvəlcə tələb etdiyi kimi 15 deyil, 9 xal silinəcək.
Klub bu qərar qəbul edilərsə, apellyasiya şikayəti verəcək. Proses o qədər uzana bilər ki, cəza bu mövsümə deyil, növbəti mövsümə şamil olunacaq.
Xatırladaq ki, İtaliya Futbol Federasiyasının məhkəməsi yanvarda maliyyə fırıldaqlarına görə "Yuventus"u İtaliya çempionatında 15 xaldan məhrum etmişdi. Bundan sonra komanda turnir cədvəlinin onuncu pilləsinə düşüb və Çempionlar Liqasının növbəti mövsümünü buraxmaq riski ilə üzləşib. "Yuventus"un apellyasiya şikayətindən sonra həmin 15 xal bərpa olunmuşdu.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər