Ronaldodan onunla şəkil çəkdirmək istəyən şəxsə qarşı kobudluq

Ronaldodan onunla şəkil çəkdirmək istəyən şəxsə qarşı kobudluq
XƏBƏR 9 May 2023 / 10:16 2181
-  A +

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunda "Əl-Halec"lə görüşdən sonra rəqib klubun əməkdaşına qarşı kobudluq edib.

Qol.az xəbər verir ki, 38 yaşlı forvard oyun başa çatandan sonra qonaq komandanın futbolçuları ilə söhbətləşib. Ronaldo onlardan birinə öz formasını hədiyyə edib.

Kriştiano meydandan getmək istəyəndə "Əl-Halec"in bir əməkdaşı ona yaxınlaşıb, qucaqlayaraq şəkil çəkdirmək istəyib. Bu vaxt portuqaliyalı forvard onu itələyib. 

Qeyd edək ki, sözügedən matç 1:1 hesabı ilə başa çatıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner