Türkiyə superliqasında yarışan "Konyaspor"da gələcək günlərin ən önəmli məsələsi yeni mövsümün heyəti ilə bağlı olacaq.
Qol.az xəbər verir ki, bu haqda Konyada nəşr olunan "Yeni Haber" qəzeti məlumat yayıb. Bildirilib ki, klub prezidenti Fatih Özgökçen ötən həftə verdiyi açıqlamada baş məşqçi Aleksandar Stanoyeviçlə görüşəcəyini deyib. Bu səbəbdən yerli media diqqəti müqaviləsi başa çatacaq oyunçulara yönəldir. Mövsümün sonu "Konyaspor"la müqaviləsi bitən oyunçular Mahir Emreli, Alexandro Pozuelo, Andreas Buxalakis, Marlos Moreno, Endri Çekici və Mame Biram Diofdur.
"Stanoyeviç Pozuelo, Mahir, Marlos və Dioufa müntəzəm olaraq heyətdə yer verir. Uyğun şərtlərlə razılaşma olsa, bu futbolçularla yola davam edilə bilər. İstənilən performansı ortaya qoya bilməyən Paviçiç, Muriç və Uçeyə isə onlarla başqa klubdan təklif gəlsə, "qal" deyilməyəcək" deyə qəzetin yazısında bildirilir.
Qeyd edək ki, bu qış icarə qaydasında "Konyaspor"a keçən M.Emrelinin müqavilə müddəti cari mövsümün sonu başa çatır. Bundan sonra onun müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"suna qayıdacağı da istisna deyil.
Əlavə edək ki, M.Emreli əvvəlki baş məşqçi Ante Çaçiçin dövründə heyətdə az yer alıb və bu səbəbdən Türkiyəyə yollanıb. Bu yaxınlarda isə Çaçiç istefaya göndərilib, onun yerinə İqor Bişçan təyin olunub.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı