Renat Dadaşovdan qol ötürməsi

Renat Dadaşovdan qol ötürməsi
XƏBƏR 7 May 2023 / 21:28 1747
-  A +

İsveçrə çempionatında 32-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” öz meydanında "Servett"lə qarşılaşıb. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Renat komandasının ilk qolunun ötürməsini edib. O, 7-ci dəqiqədə Meritan Şabaninin qol vurmasında pay sahibi olub. 39-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılan Dadaşov 46-cı dəqiqədə əvəzlənib.

“Qrasshopper” hazırda 40 xalla 6-cı pillədə qərarlaşıb. Ötən tur "Yanq Boyz" çempionluğunu rəsmiləşdirib. 

 

 


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner