“Bugünkü oyun hər iki komanda üçün önəmli idi. Çünki biz Premyer Liqada yerimizi qorumaq uğrunda, “Zirə” isə avrokuboklar uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbəyə ehtiyac duyurdu. Təəssüflər olsun ki, məğlub olduq. Halbuki doğma azarkeşlərimiz önündə qələbə qazanmağı çox istəyirdik”.
Qol.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 33-cü turunda “Zirə”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, bu məğlubiyyətdən sonra komandasının toparlanmalı olduğunu bildirib: “Məğlubiyyətə görə məyusuq. Ancaq toparlanmalı və mübarizəmizi davam etdirməliyik. Qarşıda hələ 3 tur var. Sona kimi mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, Premyer Liqada qalaq”.
“Şamaxı”nın çalışdırıcısı Premyer Liqada qalmaq üçün şanslarının tükənmədiyini söyləyib:“Təbii ki, çempionatın sonu yaxınlaşdıqca bu cür məğlubiyyətlər komamdaya pis təsir edir, gərginlik yaradır. Amma bu yenilgini böyütməməliyik. Çünki heç bir şey itirməmişik. Şansımız var və sona kimi şansımızdan yararlanmağa çalışacağıq”.
V.Əsgərli Bahadur Həziyevin bu dəfə meydana start heyətində çıxmamasının səbəbini belə izah edib: “Bahadur Həziyevin bu gün ehtiyada qalması taktiki gediş deyildi. Sadəcə biz heyəti məşqlərə əsasən qururuq. Kim özünü yaxşı tərəfdən göstərirsə, o da start heyətində yer alır”.
Mütəxəssis “Zirə” ilə görüşdə 90 dəqiqə şans verdiyi Amil Yunanovun da çıxışına toxunub: “Düşünürəm ki, Amil 90 dəqiqə oynamağa hazırdı. Digər tərəfdən də ehtiyatda başqa hücumçumuz yox idi. Hesabda geridə olduğumuz bir vəziyyətdə hücumçunu yarımmüdafiəçi ilə əvəzləyə bilməzdik”.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı