"Milan" "Latsio"nu məğlub etdi

"Milan" "Latsio"nu məğlub etdi
XƏBƏR 6 May 2023 / 18:56 2117
-  A +

İtaliya A seriyasında 34-cü tur start götürüb.

Qol.az xəbər verir ki, "Milan" bu dəfə evdə "Latsio" ilə qarşılaşıb. Matçda meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər.

Hesabı 17-ci dəqiqədə İsmail Bennaser açıb. Son nöqtəni isə 29-cu dəqiqədə Teo Ernandes qoyub.

Qeyd edək ki, "Latsio" turnir cədvəlində 64 xalla 2-ci, "Milan" isə 61 xalla 4-cüdür.

Xatırladaq ki, A seriyasında artıq 2022/23 mövsümünün çempionu müəyyənləşib. Bu, "Napoli" olub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner