Alleqri: "Napoli" çempionluğa layiq idi"

Alleqri: "Napoli" çempionluğa layiq idi"
XƏBƏR 6 May 2023 / 17:49 1262
-  A +

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri "Napoli”ni A Seriyasının qalibi olması barədə danışıb. 

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, o, Neapol təmsilçisini təbrik edib: 

“Napoli” çempionluğa layiqdi. Biz onları təbrik etməliyik. Amma hər yeni mövsüm əvvəlki ilə eyni deyil. Gələn mövsüm təbii ki, mübarizə əvvəldən başlayacaq.

Təbii ki, belə vəziyyətlərdə qürurumuz inciyir. Bütün yarışlarda daim qələbə üçün mübarizə aparan “Yuventus”un rənglərini qoruyanda uduzmaq acı verir. Üçüncü ildir ki, çempionluğu qazana bilməməyimiz normal hal deyil".

Qeyd edək ki, "Yuventus" hazırda turnir cədvəlində 63 xalla 3-cüdür. "Napoli" isə 80 xal toplayaraq sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner