“Ayaz Quliyevin Azərbaycan millisində oynamaqla bağlı tərəddüdü var” - Açıqlama

“Ayaz Quliyevin Azərbaycan millisində  oynamaqla bağlı tərəddüdü var” - Açıqlama
XƏBƏR 6 May 2023 / 00:01 3913
-  A +

"Müəyyən vaxtlarda Ayaz Quliyevlə təmaslar olub. Bəzi söhbətlər aparılıb". 

Bu sözləri Qol.az saytına müsahibəsində AFFA-nın baş katibi Sərxan Hacıyev deyib. O, Rusiyanın "Ximki" klubunda çıxış edən Ayaz Quliyevin mümkün milliləşdirilməsi ilə bağlı sualı cavablandırıb. S.Hacıyev AFFA tərəfindən 26 yaşlı yarımmüdafiəçi ilə danışıqların aparıldığını bildirib: 

“Son dəfə yanvar ayında Ayaz Quliyevlə AFFA-nın skautu İlqar Qurbanov tərəfindən danışıqlar olub. Danışığın nəticəsində onun Azərbaycan vətəndaşlığı ilə Rusiyada legioner həyatı yaşamaq tərəddüdü ortaya çıxıb. Lakin məsələ daim nəzarətimizdə saxlanılır. Yalnız Ayaz yox, ümumiyyətlə, əslən azərbaycanlı olan futbolçularla mütəmadi şəkildə əlaqələrimiz olur. Razılıq əldə olunacağı təqdirdə millimizə çağırıla bilərlər. Əlbəttə ki, burada əsas məsələ bütün bunlar müzakirə edilərkən hər hansı bir futbolçu tərəfindən AFFA-nın qarşısına şərt qoyulmamasıdır. Buna çox diqqət yetiririk".

Qeyd edək ki, A.Quliyev Rusiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərinin formasını geyinib. O, ötən ildən "Ximki"də oynayır.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner