“Traktor”dan səfər qələbəsi

“Traktor”dan səfər qələbəsi
XƏBƏR 5 May 2023 / 21:45 2107
-  A +

İran çempionatında 28-ci turun oyunları keçirilir. 

Qol.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” bu tur səfərdə “Mes Kerman”ın qonağı olub.  Matç Təbriz klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Traktor”un heyətində Qustavo (2 qol) və Agjahanpour fərqlənib. 

Ardıcıl 2-ci, son 5 oyunda isə 4-cü qələbəsini qazanan “Traktor” xallarının sayını 49-a çatdırmaqla turnir cədvəlində 4-cü pillədəki yerini möhkəmləndirib. 

Qeyd edək ki, “Sepahan” 59 xalla çempionatın lideridir. 1 oyun az keçirmiş “Persopolis” 57 xalla ikinci, “İstiqlal” isə 56 xalla üçüncüdür.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner