Zubir milliləşdiriləcəkmi? - AFFA-nın baş katibindən açıqlama

Zubir milliləşdiriləcəkmi? - AFFA-nın baş katibindən açıqlama
XƏBƏR 5 May 2023 / 17:01 7468
-  A +

AFFA-nın baş katibi Sərxan Hacıyev “Qarabağ"ın futbolçusu Abdullah Zubirin Azərbaycan millisinə dəvət olunub-olunmayacağı barədə məsələyə münasibət bildirib.

O, Qol.az saytına verdiyi geniş müsahibədə bu mövzunun hazırda gündəmdə olmadığını söyləyib: "AFFA-nın əsasnaməsinə görə, futbolçu 5 il ərzində davamlı olaraq bir ölkədə yaşamalıdır ki, ona milliləşdirilmə ilə bağlı müraciət olunsun. Zubir üçün bu 5 il hələ tamam olmayıb. Ona görə də məsələ bu gün üçün gündəmdə deyil".

Qeyd edək ki, 2023-cü ilin avqustunda A.Zubirin Azərbaycan Premyer Liqasında ilk dəfə çıxış etməyə başlamasından 5 il ötəcək. O, 2018-ci ilin yayında “Qarabağ”a transfer olunub.

Əlavə edək ki, Sərxan Hacıyev Qol.az-a geniş müsahibə verib. Müsahibədə o, gündəmdəki bəzi məsələlərlə bağlı sualları cavablandırıb. Müsahibəni tezliklə saytımızdan oxuya bilərsiniz.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner