“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Millimizin pley-offdakı rəqibi bilindi

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Millimizin pley-offdakı rəqibi bilindi
XƏBƏR 4 May 2023 / 20:10 5499
-  A +

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində qrup mərhələsinin son matçları oynanılıb.

Qol.az xəbər verir ki, son gündə 4 görüş keçirilib. 

Azərbaycan millisi A qrupunda Serbiya ilə üz-üzə gəlib. Oyun qolsuz başa çatəb. Qrupu 3-cü pillədə başa vuran millimiz mayın 5-də pley-off matçında Fransa ilə qarşılaşacaq.  A qrupunu lider kimi başa vuran Serbiya isə yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız bunadək Çexiya ilə heç-heçə (0:0) edib, İtaliya (2:0) və Gürcüstana (2:0) qalib gəlib. 

Beynəlxalq Minifutbol Turniri
4 may
A qrupu

17:30. İtaliya – Çexiya - 1:4
19:00. Azərbaycan – Serbiya - 0:0

Xal durumu: Serbiya - 8 xal (4 oyun), Çexiya - 8 (4), Azərbaycan - 8 (4), Gürcüstan - 3 (4), İtaliya - 0 (4).

B qrupu

14:30. Türkiyə - CAR - 10:2
16:00. Fransa - Qazaxıstan - 1:3

Xal durumu: Qazaxıstan - 9 (4), Fransa - 7 (4), Ukrayna - 7 (4), Türkiyə - 6 (4), Cənubi Afrika - 0 (4).


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner