"Hatayspor" oyunlarını harada keçirəcək?

"Hatayspor" oyunlarını harada keçirəcək?
XƏBƏR 3 May 2023 / 20:19 2532
-  A +

Zəlzələ səbəbindən bu mövsüm Türkiyə Superliqasından geri çəkilmək məcburiyyətində qalan "Hatayspor"un yeni mövsümdə harada oynayacağı müəyyənləşib.

Qol.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükeşki danışıb. O, "Hatayspor"un növbəti mövsümdəki oyunlarını Mersində keçirəcəyini bildirib.

Qeyd edək ki, fevral ayında Türkiyədə güclü zəlzələ baş verən bölgələrdən biri də Hatay olub. Buna görə də komanda Superliqadakı çıxışını başa vurub. Onların mövsümün sonunda Superliqanı tərk edəcəyi də dəqiqləşib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner