Pep: "Arsenal" sevinməlidir ki, ÇL-ə vəsiqə qazanıb"

Pep: "Arsenal" sevinməlidir ki, ÇL-ə vəsiqə qazanıb"
XƏBƏR 3 May 2023 / 19:49 3471
-  A +

"Mançeser Siti"nin baş məşqçisi Pep Qvardiola çempionluq uğrunda əsas rəqibləri olan "Arsenal" haqqında danışıb.

Qol.az xəbər verir ki, mütəxəssisin fikrincə, "topçular" Premyer Liqa çempionu olmasalar belə, Çempionlar Liqasına vəsiqəni təmin etdikləri üçün sevinməlidirlər: 

"Arsenal" artıq 7 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb. Ola bilsin ki, ötən tur liderliyi əldən veriblər deyə “Arsenal”da əhval-ruhiyyə bir qədər pisləşib. Ancaq "Arsenal" sevinməlidir ki, Çempionlar Liqasına vəsiqə qazanıb. Bu, maliyyə baxımından  prestijlidir.  Bir çox səbəblərə görə, bu, "Arsenal" üçün ən vacib tituludur".

Qeyd edək ki, Premyer Liqanın 33-cü turunda "Arsenal" "Mançester Siti"yə 1:4 hesabı ilə uduzaraq 1-ci yerdən 2-ci pilləyə enmişdi. Lakin London təmsilçisi 34-cü turda "Çelsi"yə qalib gələrək yenidən liderliyi ələ keçirib. "Arsenal" 78 xalı (34 oyun) var. "Mançester Siti" isə 76 xalla (32 oyun) 2-cidir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner