Messi Səudiyyə Ərəbistanına icazəsiz gedib

Messi Səudiyyə Ərəbistanına icazəsiz gedib
XƏBƏR 2 May 2023 / 16:22 1866
-  A +

PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına səfər etmək üçün baş məşqçi Kristof Qaltye və idman direktoru Luis Kamposdan razılıq almayıb.

Qol.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.

35 yaşlı hücumçu Fransa Liqa 1-in 33-cü turunda “Loryan”ə uduzduqdan (1:3) 3 saat sonra Səudiyyə Ərəbistanına uçmuşdu .

Klubun "Loryan"a qalib gələcəkləri halda futbolçulara bir günlük istirahət verilməsi nəzərdə tutulurdu. Məğlubiyyətə görə həftəsonu istirahəti ləğv edilib. Messinin bütün komanda yoldaşları elə ertəsi gün səhər bazada məşq ediblər. Onların bəzilərinin Lionelin gedişindən şoka düşdüyü qeyd edilir.

Messinin PSJ ilə müqaviləsi bu yay başa çatır. Bu mövsüm hücumçu komandanın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 20 qol vurub və 19 qolun ötürməsini verib.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner