"Qarabağ"ın bu futbolçuları "Neftçi" ilə oyunu buraxacaqlar

"Qarabağ"ın bu futbolçuları "Neftçi" ilə oyunu buraxacaqlar
XƏBƏR 2 May 2023 / 13:33 4240
-  A +

"Qarabağ" Misli Premyer Liqasının 32-ci turunda "Neftçi" ilə matça itkilərlə çıxacaq.

Bu barədə Qol.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. O, bu mövsüm "Qarabağ"ın və Premyer Liqanın ən çox qol vuran oyunçusu Musa Qurbanlının sarı vərəqə limitinə düşdüyünü, Redon Cicanın isə zədələndiyini deyib: "Musa Qurbanlı cəzalıdır. Sarı vərəqə limitinə düşüb. Reydon Cica isə zədəlidir. Abbas Hüseynov da əvvəldən zədəli olduğu üçün oyunda iştirak etməyəcək. Qalan hər şey qaydasındadır".

Qeyd edək ki, bu gün keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:00-da başlayacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner